Yeraltı təkanların gücü 7 bal təşkil edib Yeraltı təkanların gücü 7 bal təşkil edib

Zaqatala və Balakəndə zəlzələ

Yeraltı təkanların gücü 7 bal təşkil edib



Fövqəladə Hallar Nazirliyi ötən gün şimal-qərb bölgəsində baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb. AzNews.az-ın nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Azərbaycan Milli Elmlər Akademiyası Respublika Seysmoloji Xidmət Mərkəzindən daxil olmuş məlumata əsasən, oktyabrın 14-də, saat 15:13-də Zaqatala rayonundan 30 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində zəlzələ qeydə alınıb.

Yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 7 bal təşkil edib. Zaqatala və Balakən rayonlarında zəlzələ 6 bal, Mingəçevir, Şəki, Şamaxı, Qax, Yevlax, Qəbələ rayonlarında 5-3 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.

Həmin gün saat 20:40-da Zaqatala rayonundan 25 km qərbdə, Balakən rayonu ilə Gürcüstan Respublikası sərhədində qeydə alınan ikinci zəlzələdə yeraltı təkanların gücü episentrdə 12 ballıq cədvəl üzrə 5 bal təşkil edib. Balakən və Zaqatala rayonlarında zəlzələ 4 bala qədər hiss olunub. İnsan tələfatı haqqında məlumat daxil olmayıb.

AzNews.az