- Köhnə - Siyasət
- 15 Oktyabr 2012 06:24
- 3 607
Rusiya Ankaranı əmin etdi
“Təyyarə olayı münasibətlərinə təsir etməyəcək”
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov təyyarə olayından danışıb. AzNews.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, Rusiya XİN rəhbəri bildirib ki, son yaşanan olay Türkiyə-Rusiya münasibətlərinə təsir etməyəcək. "Mən sizi əmin edirəm ki, Türkiyə-Rusiya münasibətlərinin vəziyyətindən narahat olmağa dəyməz.
Münasibətlər əvvəlki qaydasında və qarşılıqlı anlaşma şəraitində inkişaf edir". Lavrov təyyarədə daşınan yükün qanuni olduğunu bir daha təkrarlayıb və əlavə edib ki, bütün sənədlər qaydasında olub.
Sadiq Musa
AzNews.az