Kemeron: “İranla müharibənin hələ vaxtı deyil”

Britaniyanın "Deyli teleqraf" qəzeti İranla bağlı məqalə dərc edib. AzNews.az-ın qərb mətbuatına istinadən verdiyi xəbərə görə, məqalədə Britaniya Baş naziri Deyvid Kemeronun fikirlərinə yer verilib. Kemeron bildirib ki, İranla müharibənin hələ vaxtı deyil. "Mən İsrail Baş naziri Netenyahuya dedim ki, hələ ki, İranın nüvə proqramını dayandırmaq üçün hərbi yola əl atmaq tezdir".

Britaniyalı nazir əlavə edib ki, indi əsas yeri sanksiyalara vermək lazımdır. Bununla belə, Kemeron müharibə variantını istisna etməyib və bildirib ki, İran düzgün qərar qəbul etməsə və müharibəyə təşviq addım atarsa o zaman hərbi müdaxilə qaçılmaz ola bilər.

Sadiq Musa
AzNews.az