“Məsuliyyətsiz və təxribatçıdır” - Adil Əliyev Ukraynalı deputatı tənqid etdi

“Avropa Şurası Parlament Assambleyasının (AŞPA) vitse-prezidenti, AŞPA-da Ukrayna nümayəndə heyətinin başçısı Vladimir Arievin Azadlıq Radiosunun “Настоящее время” televiziyasına Azərbaycanla bağlı verdiyi müsahibəsi olduqca məsuliyyətsiz, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil”.


AzNews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin (MM) deputatı Adil Əliyev öz facebook statusunda qeyd edib.

A.Əliyev əlavə edib ki, məlum müsahibə məsuliyyətsizliyin və təxribatçılığın bariz nümunəsidir:

"Bu müsahibə dediyim kimi, təxribatçı və avantürist fikirlər toplusundan başqa bir şey deyil. Hərə öz işi ilə məşğul olarsa, ölkəsinə daha çox fayda verə bilər. Təəssüf ki, bunu Ariev kimi insanlar başa düşmək istəmirlər. Azərbaycan öz yolu ilə gedir. Bu, sabitlik və sülh, güclü iqtisadiyyat yoludur. Ölkəmizin siyasi strateji xətti kimləri narahat edirsə, bu, onların öz işidir və bizi maraqlandırmır. Onlar dərk etməlidirlər ki, Azərbaycanı hansısa təxtibatçı siyasi oyunlara cəlb edə bilməyəcəklər. Çünki, 7 il bundan öncə Gürcüstanın, hazırda isə Ukraynanın düşdüyü vəziyyəti görürük. Siyasətçilər real nəticələrə hesablanıb danışmalıdırlar".