Onlar “Müstəqillik günü” nü qeyd edir Onlar “Müstəqillik günü” nü qeyd edir

İstiqlalçı deputatlar bir arada

Onlar “Müstəqillik günü” nü qeyd edir



İstiqlalçı deputatlar Beynəlxalq Mətbuat Mərkəzində (BMM) toplandı. Bu barədə AzNews.az-a Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib.

Onun sözlərinə görə, BMM-də təşkil olunan tədbirdə Azərbaycanın 18 oktyabr 1991-ci ildə qazandığı müstəqillik müzakirə mövzusu olacaq.

A.Hacılı qeyd edib ki, toplantıya millət vəkilləri, jurnalistlər, tanınmış ictimai xadimlər qatılıblar.

İlkin Pirəli
AzNews.az