Mübariz Qurbanlı: “Azərbaycan çalışır ki, İran da öhdəliklərə sadiqlik nümayiş etdirsin” Mübariz Qurbanlı: “Azərbaycan çalışır ki, İran da öhdəliklərə sadiqlik nümayiş etdirsin”

Azərbaycan-İran münasibətlərində yeni mərhələ

Mübariz Qurbanlı: “Azərbaycan çalışır ki, İran da öhdəliklərə sadiqlik nümayiş etdirsin”



İranın Azərbaycandakı səfiri Möhsün Pakayin "Fars" xəbər agentliyin deyib ki, İran prezidenti Mahmud Əhmədinejadın Azərbaycana səfəri həm ikitərəfli, həm də regional əlaqələr baxımdan konstruktiv keçib.

Azərbaycanla İran arasında həll edilməyəcək heç bir problemin olmadığını vurğulayan səfirin sözlərinə görə adıçəkilən dövlətlərarası münasibəti gərginləşdirmək istəyənlər var: "Təbii ki, bəzi ölkələr bu əlaqələrdən məmnun deyil. Ona görə də iki ölkə arasındakı yaxşı münasibətləri pozmağa çalışırlar. Ancaq İran və Azərbaycan rəsmiləri bu cür təxribatların qarşısını alırlar".

Səfirin dediyindən belə bir qənaət hasil olur ki, iki ölkə arasında müşahidə olunan gərginlin "səbəbkarı dövlətlərin intriqası"na uyan daha çox Azərbaycan tərəfidir. Bununla bağlı AzNews.az-a fikirlərini açıqlayan deputat Mübariz Qurbanlı deyib ki, əslində gərginlik yaradan da, hansısa dövlətin təhrikinə yönəlik addım atan da İranın özüdür.

"Azərbaycanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının toplantısına İran prezidentinin dəvəti və dövlət başçısı İlham Əliyevlə görüşü, aparılan danışıqlar münasibətlərimizin normal inkişafına dəlalaət edir"-deyən Mübariz Qurbanlı hesab edir ki, bundan kənarda səsələndirilən fikirlərin heç bir əsası yoxdur. "İran-Azərbaycan münasibətləri ilə əlaqədar yazılanlar əsassızdır. Bizim İranla qonşuluq münasibətlərimiz, qarşılıqlı öhdəliklərimiz, müqavilələrimiz var. Azərbaycan tərəfi bütün bunlara sadiqdir. Biz çalışırıq ki, İran tərəfi də bütün bu öhdəliklərinə sadiqliyini nümayiş etdirsin".

Gültəkin Qəhrəmanlı
AzNews.az