- Dünyanın halı
- 12:48
- 840
Əfqanıstan Pakistana “sarsıdıcı cavab” vəd etdi
Kabildə narkotik asılılığı olan şəxslərin müalicə mərkəzinə endirilən hava zərbəsindən sonra Pakistan yaxın vaxtlarda “sarsıdıcı cavab” alacaq.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü Abdul Matin Qani bu barədə qeyd edib.
Onun sözlərinə görə, bu qərar ölkə rəhbərliyinin göstərişi əsasında qəbul edilib. “Yaxın gələcəkdə Pakistana sarsıdıcı cavab veriləcək”, – deyə o bildirib. Açıqlamanı TOLOnews telekanalı yayıb.
Əfqanıstan Daxili İşlər Nazirliyi həmçinin bildirib ki, Pakistanın Kabilə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 408 nəfərə çatıb, ən azı 265 nəfər isə yaralanıb.
Mövsüm,
AzNews.az