- Köhnə - Siyasət
- 12 Avqust 2015 08:37
- 2 983
Ərdoğan “erkən seçim“ mesajı verdi

Türkiyə pezidenti Rəcəb Tayyib Ərdoğan yeni hökmətin qurulması üçün verilən 45 günlük müddəti uzatmayacağını açıqlayıb. Bu isə müxalifət partiyalarla koalisiya görüşlərinin fonunda verilən “təkrar seçkilər” mesajı kimi dəyərləndirilib.
AzNews.az-ın məlumatına görə, AKP ilə CHP arasında koalisiya müzakirələri mövzusunda açıqlama verən prezident sərt danışıb. Ərdoğan onu konstitusiyaya sadiq qalmağa çağıranların, özlərinin konstitusiyadan xəbərsiz olduqlarını, onların öncə öz ünvanlarını öyrənmələrinin lazım olduğunu deyib. Və bildirib ki, koalisiya görüşlərini yaxından izləyir, tezliklə hökumət qurulmalıdır:
"Baş nazirə hökuməti qurmaq üçün təlimat vermişəm. CHP ilə görüşləri davam edir. Həftə sonu yeni görüşlər olacaq. Ümid edirəm xeyirli olar. Digər tərəfdən MHP ilə görüşlər də var. Prosesləri izləyirəm. Ölkə qətiyyən hökumətsiz, başsız qalmamalıdır. Hökumət qurmaq üçün verilən 45 günlük müddəti uzatmayacağam".
AzNews.az
Vüsal Qarayev