Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqlayıb. Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqlayıb.

AMİP deputatlığa namizədlərini açıqladı - SİYAHI

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) parlament seçkilərində iştirak edəcək namizədlərinin adını açıqlayıb.


Bu barədə AzNews.az-a AMİP Beynəlxalq Əlaqələr Katibi Elşən Mustafayev məlumat verib.

O, qeyd edib ki, avqustun 25-də AMİP Rayon Təşkilat sədrlərinin iştirakı ilə Siyasi Şuranın genişləndirilmiş iclası keçirilib.

İclasda qarşıdan gələn parlament seçkiləri və AMİP-in seçkilərdə iştirakı ilə bağlı məsələ müzakirə olunub. AMİP Siyasi Şurası 2015-ci il Milli Məclisə seçkilərdə partiyanı təmsil edəcək namizədlərin bir qismini təsdiq edib. Onlar aşağıdakılardır:

1. 9 saylı Binəqədi ikinci seçki dairəsi- Əli Orucov, AMİP Siyasi Şurasının üzvü , "Millət" qəzetinin baş redaktoru;
2. 15 saylı Yasamal birinci seçki dairəsi- Elşən Mustafayev, AMİP Beynəlxalq Əlaqələr Katibi;
3. 19 saylı Nərimanov birinci seçki dairəsi- Eldar Hüseynov, AMİP Siyasi Şurasının üzvü;
4. 23 saylı Nəsimi-Səbail seçki dairəsi- Suğra Nəcəfova, AMİP Mərkəzi Şurasının üzvü;
5. 25 saylı Nizami ikinci seçki dairəsi- Məmmədəli Səfərov, AMİP Nizami RT sədri;
6. 31 saylı Suraxanı ikinci seçki dairəsi- Ayaz Rüstəmov, AMİP Mərkəzi Şurasının üzvü;
7. 34 saylı Xətai ikinci seçki dairəsi- Məhərrəm Həsənov- AMİP Siyasi Şurasının üzvü;
8. 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsi- Yusif Bağırzadə, AMİP sədri;
9. 41 saylı Sumqayıt birinci seçki dairəsi- Dünyamin Əhmədli, AMİP Sumqayıt RT sədri;
10. 79 saylı İmişli seçki dairəsi- Tapdıq Həsənov, AMİP İmişli RT sədri;
11. 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi- Elçin Əzizov – AMİP üzvü;
12. 90 saylı Ağdaş seçki dairəsi- Loğman Əliyev- AMİP Mərkəzi İntizam Komissiyasının üzvü;
13. 102 saylı Samux-Şəmkir seçki dairəsi- İradə Həsənova, Samux RT sədri;
14. 113 saylı Şəki şəhər seçki dairəsi- Əbulfəz Bağırov, AMİP Şəki RT sədri;
15. 119 saylı Ağdam kənd seçki dairəsi- Yaşar Həsənov, AMİP Ağdam RT sədri.

Xatırladaq ki, digər dairələr üzrə parlament seçkilərində iştirak edəcək namizədlərin təsdiq olunması Siyasi Şuranın növbəti iclasında müzakirə olunacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az