Etirazçılar arasında həbs olunanlar var Etirazçılar arasında həbs olunanlar var

Fəvvarələr meydanından etiraz səsləri - YENİLƏNİB - FOTOSESSİYA

Etirazçılar arasında həbs olunanlar var



Bu gün müxalif gənclərin təşkilatçılığı ilə "Parlament buraxılsın" şüarı altında etiraz aksiyası keçirilib. Fəvvarələr meydanında saat 15:00-dan etibarən başlanan aksiyada "Azadlıq", "İstefa", "Parlament buraxılsın" şüarları səsləndirilib.

Qeyd edək ki, aksiyaya 2000 nəfərin iştirakı gözlənilsə də, etirazçı sayı 100-ə yaxın olub.

AzNews.az hadisə yerindən xəbər verir ki, aksiya iştirakçıları polis qarşıdurması ilə üzləşiblər. Etirazçılar arasında 30-a yaxın şəxs, polis tərəfindən həbs edilib. Həbs olunanlar arasında Təzəxan Mirələmli, Kəmalə Bənənyarlı, Orxan Carçıyev, AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı, İctimai Palatanın üzvü Mustafa Hacıbəyli, Müsavatın Gənclər Təşkilatının sədri Tural Abbaslı, eləcə də bu qurumun üzvləri - Əhəd Məmmədli, Rüfət Əhədzadə, Müsavat Məclisinin sədri Arzu Səmədbəyli, Müsavat başqanının müavini Gülağa Aslanlı və Azərbaycan Müsavat Partiyasının başqanı İsa Qənbərin oğlu Turqut Qənbər də var. İlkin məlumata görə, həbs olunanlar Binəqədi rayon 5 saylı və Səbail rayon 39 saylı polis bölmələrinə aparılıblar.

Hazırda aksiyanın təyin edildiyi Fəvvarələr meydanına giriş polis tərəfindən tamamilə bağlanıb, əraziyə nəzarət gücləndirilib. Meydana yaxın küçələrdə polislərlə dolu avtobuslar dayanıb.

İlkin Pirəli
FOTO: Mahir Hüseynbəyli
Aznews.az
image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description image description