Mərkəzi Seçki Komissiyası “Azadlıq-2015” seçki blokunu qeydə alıb. Mərkəzi Seçki Komissiyası “Azadlıq-2015” seçki blokunu qeydə alıb.

“Azadlıq-2015” bloku qeydə alındı – MSK-da iclas

Mərkəzi Seçki Komissiyası “Azadlıq-2015” seçki blokunu qeydə alıb.


AzNews.az-un məlumatına görə, MSK-nın bu gün keçirilən iclasında blokun qeydə alınması məsələsinə baxılıb. Müzakirələr aparıldıqdan sonra blok qeydə alınıb.

Eyni zamanda iclasda blokun emblemi də təsdiq edilib.

Qeyd edək ki, "Azadlıq-2015" seçki blokunda Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Bütöv Azərbaycan Partiyası (BAP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Vətəndaş və İnkişaf Partiyası (VİP), Azadlıq Partiyası, Aydınlar Partiyası təmsil olunur.

İclasda həmçinin Yeni Azərbaycan Partiyasından (YAP) 2, Ümid Partiyasından 22, Milli Dirçəliş Hərəkatı Partiyasından 18, Müsavat Partiyasından 64, Ana Vətən Partiyasından (AVP) 11, Azərbaycan Milli İstiqlal Partiyasından (AMİP) 17, Azərbaycan Sosial Demokrat Partiyasından 8 səlahiyyətli nümayəndə qeydə alınıb.


Bundan əlavə MSK Müsavat Partiyasının maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin də qeydə alınması məsələsinə baxıb və 4 nəfər qeydə alınıb.

Sevinc Yasinqızı
AzNews.az