"Noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədliyimi nə Respublikaçı Alternativ Hərəkatından (REAL), nə də Ədalət Partiyasından verəcəyəm". "Noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədliyimi nə Respublikaçı Alternativ Hərəkatından (REAL), nə də Ədalət Partiyasından verəcəyəm".

İki qurumun “namizədi”: “Seçkiyə qatılmayacam”

"Noyabrın 1-də keçiriləcək parlament seçkisində namizədliyimi nə Respublikaçı Alternativ Hərəkatından (REAL), nə də Ədalət Partiyasından verəcəyəm".


Bunu AzNews.az-a adı hər iki qurumun namizədləri siyahısında olan hüquqşünas, vəkil Əlayif Həsənov deyib.

Onun sözlərinə görə, hələ ki seçki ilə bağlı hər hansı qərar verməyib: "Mənim heç bir qərarım yoxdu. Bu məsələ ilə bağlı öz mövqeyimi də açıqlamışam. Hazırda mən dairə seçki komissiyasının üzvüyəm. Komissiyadan istefa verməmişəm. Heç bir partiyadan da namizədliyimi irəli sürməmişəm. Mənim adımın hər iki partiya siyahısında olmasını həmin partiyalardan soruşmaq lazımdır.

Seçkidə iştirak edib-etməyəcəyimi dəqiqləşdirmədiyim üçün hansı partiyadan namizədliyimi verəcəyimi də müəyyənləşdirməmişəm".


Qeyd edək ki, hüquqşünas Əlayif Həsənovun adı həm Respublikaçı Alternativ Hərəkatı (REAL), həm də Ədalət Partiyasının namizədlər siyahısında var.
Hər iki partiya mətbuata açıqladığı rəsmi siyahıda onun 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən namizədliyinin irəli sürüldüyünü qeyd edib.

Sevinc Yasinqızı
AzNews.az