Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azəri-Türk Qadınlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib. Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azəri-Türk Qadınlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib.

Bakının işğaldan azad edilməsi günüylə bağlı geniş toplantı - FOTOLAR

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azəri-Türk Qadınlar Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, Azərbaycan Respublikası Diasporla İş Üzrə Dövlət Komitəsi və Beynəlxalq Diaspor Mərkəzinin təşkilatçılığı ilə “15 sentyabr 1918-ci ildə Nuru Paşanın komandanlığında Türk-İslam ordusunun Bakını işğaldan azad etməsi” mövzusunda tədbir keçirilib.


AzNews.az xəbər verir ki, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı çıxışında 1918-ci il hadisələri zamanı Nuru paşanın Azərbaycan uğrunda savaşından bəhs edib: "Bu gün Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir. Hər iki dövlət arasındakı əlaqələr çox genişdir. Ənvər Paşa və Buru Paşa Azərbaycan xalqı üçün önəmli insanlardır. Min il sonrakı tariximizdə də bu belə olacaq. Hər zaman Azərbaycan və Türkiyə arasını vurmağa çalışdılar. Amma istəklərinə nail ola bilmədilər. Hətta Ənvər və Nuru paşa Azərbaycan 1918-ci il hadisələri zamanı ölkəmizin yanında oldu, öz orduları ilə dövlətimizin köməyinə gəldi. Bu səbəbdən 15 sentyabrla bağlı nə qədər işlər görülsə də, azdır. Çünki türk əsgərləri canları bahasına bizlər üçün savaşdılar. Naxçıvan Muxtar Respublikası da onların səyləri nəticəsində düşmənlərdən qurtarıldı. Naxçıvan əhalisi bunu çox yaxşı bilir. Qarabağ uğrunda gedən döyüşlərdə belə türk qardaşlarımızın köməyimizə gəldi. Buna görə onlar çox şeyləri borcluyuq. Osmanlının çöküşü dövründə belə Ənvər Paşanın Azərbaycana ordu ilə gəlib kömək etməsi böyük bir hadisədir. Bu türklərin bizlərə göstərdiyi münasibət və qardaşlıq hissidir. Ona görə də biz Türk qardaşlarmızın bu yaxşılığını unutmamalıyıq. Unutmaq bizə heç yaraşmaz. 15 sentyabr Azərbaycanın qurtuluşu üçün çox önəmli tarixdir. Nuru Paşa öz ordusu ilə Şamaxıda, Göyçayda və digər bölgələrimizə gəlib düşmənlə qəhrəmancasına savaşıb torpaqlarımızı xilas etdilər. Nuru Paşa və Ənvər Paşa könül taxtımızın ən önəmli yerindədir".

Daha sonra Tənzilə xanım bu gözəl gün münasibətilə Türkiyədən İstanbul-Azərbaycan Türk Dayanışma Dərnəyinin başqanı Səfər Qaraqoyunlunun rəhbərliyi ilə nümayəndə heyətinin Bakıya gəldiyini bildirib: "Türkiyədə Ənvər və Nuru Paşaya baxış bucağı eyni deyil. Belə ki, Sarıqamış hadisələrində Ənvər Paşanı günahlandırırlar. Hesab edirəm ki, bu mübahisə araşdırmaçıların işidir. Biz Ənvər Paşanı, Nuru Paşanı, eləcə də Kazım Qarabəkir Paşanı hər zaman qəhrəman kimi qəbul edəcəyik. Əgər bu gün Qafqazda Azərbaycan və azərbaycanlılar varsa, biz bunun üçün 1918-ci ildə dövlətimizin, millətimizin uğrunda şəhid olanlara borcluyuq".

Tədbirdə çıxış edən Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayev Azərbaycan üçün Türkiyədən başqa heç bir dövlətin bu qədər yaxın olmadığını qeyd eləyib: "Azərbaycan Ənvər Paşa və Nuru Paşadan başqa kimsə köməklik edə bilməzdi. Biz Nuru Paşanın və Ənvər Paşanın yaxın qohumlarından birini axtarıb tapmaq istəyirdik. Şükür olsun ki, Ənvər Paşanın nəvəsi Arzu Ənvəri tapıb onu Azərbaycana dəvət elədik. Onu ölkəmizin hər bir guşəsi ilə tanış elədik. Həm Nuru Paşa, həm də Ənvər Paşa bizim qəlbimizdədir. Daha çox da Nuru Paşanı istəyənləri sayı çoxdur. Bu səbəbdən biz onlarla bağlı nələrsə etməliyik".

İstanbul-Azərbaycan Türk Dayanışma Dərnəyinin başqanı Səfər Qaraqoyunlu da çıxışında hər iki dövlət arasındakı münasibətlərdən bəhs edib: "Bizim burda olmağımız əsas səbəbi Azərbaycanın hər sahəsini Türkiyədə yetirincə tanıtmaqdır. 18 nəfərlik heyətlə Azərbaycan gəlmişik. Olduğumuz rayonlarda türk əsgərlərinə qoyulan hörmətin şahidi olduq. Bu, bizi bir qardaş olaraq qürurlandırdı. Türkün Azərbaycandan başqa dostunun olmadığını bildik. Azərbaycan Türkiyə üçün parlayan bir ulduzdur. Bir daha hər şeyə görə Tənzilə xanım Rüstəmxanlıya öz təşəkkürümüzü bildiririk".

Qeyd edək ki, tədbirdə Türkiyə-Azərbaycan Kültür Dərnəyinin digər nümayəndələri, KİV nümayəndələri iştirak edib.



Sevinc Yasinqızı
image description image description image description image description