Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə seçkilərə namizədlər ilə bağlı iclası başa çatıb. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə seçkilərə namizədlər ilə bağlı iclası başa çatıb.

YAP rektorlardan imtina etdi - Siyahı təsdiq olundu

Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin Milli Məclisə seçkilərə namizədlər ilə bağlı iclası başa çatıb.

AzNews.az xəbər verir ki, YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov APA-ya açıqlamasında bildirib ki, iclasda partiyanın namizədlər siyahısı barədə qərar verilib.

Onun sözlərinə görə, YAP hazırda Milli Məclisdə təmsil olunan deputatlarının əksəriyyətinin siyahı üzrə yenidən namizədliyini irəli sürüb: "Namizədlikləri irəli sürülməyənlər əsasən rektor deputatlardır. Hazırkı deputatlarımızdan 80 faizinin – 53 nəfərinin namizədliyi yenidən irəli sürülüb. Namizədlikləri irəli sürülməyənlərdən bir hissəsi rektorlardır. Seçim qoyuldu: ya rektorluq, ya parlament. Ona görə də qərar verildi ki, rektorların bir hissəsi parlamentdə qalsın, digərləri isə rektor kimi fəaliyyətlərini davam etdirsin".