İlbər Ortaylı kimdir? - VİDEO

Türkiyəli tarixçi, alim və publisist İlbər Ortaylı 21 may 1947-ci ildə Avstriyanın Bregenz şəhərində bir köçkün düşərgəsində Krım tatarı bir ailənin uşağı olaraq dünyaya gəlib.

1949-cu ildə, 2 yaşı olanda ailəsi ilə birlikdə İstanbula köçüblər. Daha sonra Ankaraya köçərək orada Etlik ibtidai məktəbində oxuyub. Anası onu Rusiya tarixi, dili və ədəbiyyatı ilə erkən yaşlarından tanış edib.

Ankara Universitetinin Siyasi Elmlər Fakültəsini (1969) və Ankara Universiteti Dil və Tarix-Coğrafiya Fakültəsinin Tarix Bölməsini bitirib. Vyana Universitetinin Slavyanşünaslıq və Şərqşünaslıq Bölümündə təhsil alıb. Magistr təhsilini Çikaqo Universitetində professor Halil İnalcık ilə aparıb.

1974-cü ildə "Tənzimatdan Sonra Yerli İdarəetmələr" adlı dissertasiyası ilə doktorluq dərəcəsi almış və 1979-cu ildə "Osmanlı İmperiyasında Alman Təsiri" adlı əsəri ilə dosent olub.

1982-ci ildə dövlətin akademik siyasətinə etiraz olaraq vəzifəsindən istefa verib.

Vyana, Berlin, Paris, Prinston və Moskva kimi beynəlxalq universitetlərdə qonaq professor olub və bir çox Avropa universitetində seminarlar keçib.

İlbər Ortaylının neçə dil bildiyi hər zaman maraq mövzusu olub. Tarixçinin türk, rus, fars, italyan, ingilis, alman və fransız dillərində yüksək səviyyədə olduğu və əlavə olaraq latın dilini də bildiyi söylənilirdi. Ortaylını çoxsaylı dillərə yiyələnməsi onu qlobal miqyasda tanınmış bir şəxsiyyətə çevirib.

O, həmçinin 2005–2012-ci illərdə İstanbulda yerləşən məşhur Topkapı Sarayı Muzeyinin direktoru vəzifəsində çalışıb. Rəhbərliyi dövründə muzeyin beynəlxalq tanıtımı və elmi fəaliyyəti daha da genişlənib.

2019-cu ildə yayımlanan və oxucularını təsirləndirən “Bir Ömür Nasıl Yaşanır” adlı əsəri, Ortaylının ən yaxşı əsərləri arasında qəbul olunur. Bu kitab insanın həyatını necə dəyərli edəcəyi ilə bağlı dərin düşüncələr təqdim edir.

İlbər Ortaylı 1981-ci ildə Ayşe Özdolayla evlənib. Lakin 1999-cu ildə ortaya çıxan qeydlər Ortaylının həyat yoldaşı ilə ayrıldığını göstərən sənədləri ortaya çıxardı. Bu hadisə onun şəxsi həyatı ilə bağlı maraq doğurdu və ictimai müzakirə mövzusuna çevrildi. İlbər Ortaylının evli olub-olmaması və evliliyinin təfərrüatları zaman-zaman bəzi mənbələrdə qeyri-müəyyənlik yaradır, eyni zamanda pərəstişkarları və izləyiciləri arasında suallar doğururdu.

Tarixçi biliyi və təcrübəsi ilə tez-tez xəbər başlıqlarına çıxsa da, ən çox verilən suallardan biri onun övladları ilə bağlıdır. Ortaylının yeganə övladı, qızı Tuna Ortaylı 1982-ci ildə İstanbulda anadan olub.

Qeyd edək ki, sağlamlıq problemi səbəbilə 6 gün reanimasiyada qalan 79 yaşlı məşhur türkiyəli tarixçi İlbər Ortaylı bu ilin 13 martında vəfat edib./ölkə.az

Aznews.az