Bağdad yaxınlığındakı aviabaza raket hücumuna məruz qalıb

Bağdad Beynəlxalq Hava Limanı yaxınlığında yerləşən Məhəmməd Əlaa adına aviabaza raket hücumuna məruz qalıb.

Bu barədə İraq Müdafiə Nazirliyi məlumat yayıb.

Nazirliyin açıqlamasında bildirilib ki, aviabaza ərazisinə raket zərbələri endirilib.

Hücum nəticəsində İraq Hərbi Hava Qüvvələrinə məxsus An-132 tipli təyyarə məhv edilib.

Rəsmi məlumata görə, hadisə zamanı hərbçilər və mülki şəxslər arasında ölən və yaralanan olmayıb.

Mövsüm,

AzNews.az