Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməməsiylə bağlı qərar verməyib. Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməməsiylə bağlı qərar verməyib.

Ziya Məmmədovun qardaşı niyə namizədliyini vermir? - Açıqlama

Nəqliyyat naziri Ziya Məmmədovun qardaşı, millət vəkili Elton Məmmədov noyabrın 1-də keçiriləcək parlament seçkisində iştirak edib-etməməsiylə bağlı qərar verməyib.


Bu barədə məlumatı AzNews.az-a deputatın özü deyib. Millət vəkili bildirib ki, hansı dairədən namizəd ola biləcəyini də düşünməyib: "Seçkiyə gedib-getməməyimlə bağlı qərar vermədiyim üçün hansı dairədən namizədliyimi irəli sürəcəyimi də müəyyənləşdirməmişəm. Ona görə də əvvəlcədən bununla bağlı heç bir rəy verə bilmərəm".

Qeyd edək ki, Elton Məmmədov 2010-cü ildə keçirilən seçkidə 91 saylı Ucar seçki dairəsindən bitərəf olaraq namizədliyini verib qalib olmuşdu.

Yeni Azərbaycan Partiyası (YAP) bu ilki siyahıda 91 saylı Ucar seçki dairəsindən Vüsal Hüseynovun namizədliyini irəli sürüb.

Sevinc Yasinqızı