Məşhur YAP-çılarla Müsavatçılar üz-üzə: Kim-kimlə mübarizə aparacaq? (Siyahı)

Parlament seçkilərində iştirak edəcək bütün partiyalar artıq namizədlərinin siyahısını təqdim edib.

Müxalifətin seçkiləri boykot edəcəyi ilə bağlı xəbərlər yayılsa da, bəzi müxalif partiyalar seçkiyə hazırlaşır. Onlardan biri də "Müsavat" partiyasıdır.

AzNews.az partiyalar arasında parlamentə ən çox namizəd (90-a yaxın şəxsin namizədliyi irəli sürülüb və siyahının artacağı istisna edilmir) irəli sürənlərdən biri olduğunu nəzərə alaraq Müsavat Partiyasının ən məşhur siyasətçiləri ilə Yeni Azərbaycan partiyasının ən məşhur siyasətçilərinin siyahısını hazırlayıb.

Siyahıda siyasi arenada tanınan məşhur YAP-çıların Müsavatçı rəqiblərinin, eyni zamanda tanınan Müsavatçıların YAP-çı rəqiblərinin adları yer alıb.

Məşhur siyasətçilərin seçkilərdə kiminlə mübarizə aparacağının oxucular üçün maraqlı olacağını nəzərə alaraq, dairələr üzrə tərtib etdiyimiz siyahını təqdim edirik:

Əvvəlcə Yeni Azərbaycan Partiyasının məşhur simalarının Müsavatçı rəqiblərinin siyahısını təqdim edirik:

21 saylı Nəsimi birinci seçki dairəsi:
Məlahət İbrahimqızı (YAP) - Məzahir Məmmədli (Müsavat)

24 saylı Nizami birinci seçki dairəsi:
Rövnəq Abdullayev (YAP) - Bəxtiyar Tariyev (Müsavat)

29 saylı Səbail seçki dairəsi:
Şəmsəddin Hacıyev (YAP) - Nüşabə Sadıxlı (Müsavat)

30 saylı Suraxanı birinci seçki dairsəi:
Sevinc Fətəliyeva (YAP) - Misir Məhəmmədoğlu (Müsavat)

45 saylı Abşeron seçki dairəsi:

Oqtay Əsədov (YAP) - Zahir Feyzulla (Müsavat)

53 saylı Quba-Qusar seçki dairəsi:
Yevda Abramov (YAP) - Yaşar İsrafilov (Müsavat)

54 saylı Şabran-Siyəzən seçki dairəsi:
Tahir Süleymanov (YAP) - Mərdan Mehdili (Müsavat)

65 saylı Saatlı-Sabirabad-Kürdəmir seçki dairəsi:
Əhliman Əmiraslanov (YAP) - Rəhim Qubadov (Müsavat)

74 saylı Lənkəran kənd seçki dairəsi:
Hadi Rəcəbli (YAP) - Yadigar Sadıqov (Müsavat)

75 saylı Lənkəran-Masallı seçki dairəsi:
Çavanşir Paşazadə (YAP) - İmanverdi Əliyev (Müsavat)

89 saylı Göyçay-Ağdaş seçki dairəsi:
Elman Nəsirov (YAP) - Namiq Hacıbəyli (Müsavat)

108 saylı Ağstafa seçki dairəsi:
Nizami Cəfərov (YAP) - Başxanım Abbasova (Müsavat)

117 saylı Oğuz-Qəbələ seçki dairəsi:
Aqiyə Naxçıvanlı (YAP) - Vaqif Davud (Müsavat)

123 saylı Kəlbəcər seçki dairəsi:
Cavid Qurbanov (YAP) - İsgəndər Həmidov (Müsavat)


Məşhur Müsavatçıların YAP-çı rəqibləri:

8 saylı Binəqədi birinci seçki dairəsi:
Arzu Səmədbəyli (Müsavat) - Aysel Əlizadə (YAP)

9 saylı Binəqədi ikinci seçki dairəsi:
Nemət Kərimli (Müsavat) - Kəmalədiin Qafarov (YAP)

10 saylı Binəqədi üçüncü seçki dairəsi:
Gülağa Aslanlı (Müsavat) - Samirə Həsənova (YAP)

15 saylı Yasamal birinci seçki dairəsi:
İsa Qəmbər (Müsavat) - Bayram Aslanov (YAP)

26 saylı Sabunçu birinci seçki dairəsi:

Tofiq Yaqublu (Müsavat) - Kamran Qədirov (YAP)

31 saylı Suraxanı ikinci seçki dairəsi:
Mustafa Hacılı (Müsavat) - Zərnişan Abidova (YAP)

33 saylı Xətai birinci seçki dairəsi:
Arif Hacılı (Müsavat) - Hüseynbala Mirələmov (YAP)

44 saylı Sumqayıt-Xızı seçki dairəsi:
Vəfa Abbasova (Cümşüdlü) (Müsavat) - Nurlan Əsgərov (YAP)

46 saylı Şirvan seçki dairəsi:
Elman Fəttah (Müsavat) - Paşa Nəbiyev (YAP)

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsi:
Razim Əmiraslanlı (Müsavat) - Astan Şahverdiyev (YAP)

125 saylı Zəngilan-Qubadlı seçki dairəsi:
Nəsiman Yaqublu (Müsavat) - İmamverdi İsmayılov (YAP)


84 saylı Füzuli seçki dairəsindən rəqib olan YAP-çı və Müsavatçı siyasətçilərin hər ikisi cəmiyyətdə tanındığından onların adlarını heç bir siyahıya daxil etmədik.

84 saylı Füzuli seçki dairəsi:
Bahar Muradova (YAP) - Osman Kazım (Müsavat)

Bahar RÜSTƏMLİ
AzNews.az