Əslən Masallı rayonunun Ərkivan kəndindən olan, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Gülağa Məmmədovun (Tənha) da 71 saylı Masallı Dairə Seçki Komissiyasından deputatlığa namizədliyini irəli sürdüyü bildirilir. Əslən Masallı rayonunun Ərkivan kəndindən olan, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Gülağa Məmmədovun (Tənha) da 71 saylı Masallı Dairə Seçki Komissiyasından deputatlığa namizədliyini irəli sürdüyü bildirilir.

Biznesmen-şair Gülağa Tənha namizədliyini irəli sürdü

Əslən Masallı rayonunun Ərkivan kəndindən olan, hazırda Rusiyada biznes fəaliyyəti ilə məşğul olan Gülağa Məmmədovun (Tənha) da 71 saylı Masallı Dairə Seçki Komissiyasından deputatlığa namizədliyini irəli sürdüyü bildirilir.

Azadinforum xəbər verir ki, bu barədə məlumatı Masallıda fəaliyyət göstərən "Cənub xəbərləri" qəzetinin baş redaktoru Zahir Əmənov öz facebook səhifəsində paylaşıb.

Qeyd olunur ki, G.Tənhanın adamları artıq DSK-ya müraciət ediblər.

Məlumat üçün bildirək ki, ötən seçkilərdə bu dairədən Elmira Axundova millət vəkili seçilmişdi. Hazırda Elmira Axundova da DSK-ya müraciət edib.

Bu dairədə maraqlı namizədlərdən biri də Masallının keçmiş notariusu, sonra İmişlidə hakim vəzifəsində işləmiş Qubadəli Rzayevdir.
Müsavat Partiyasının Masallı təşkilatının sədri Xasay Fərzulla da bu dairədən namizədliyini irəli sürüb.

YAP isə bu dairədən Raqib Novruzovun namizədliyini dəstəkləyir.