Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb. Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.

Daha bir partiya sədrinin namizədliyi qeydə alındı

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadənin noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə deputatlığa namizədliyi rəsmən qeydə alınıb.


Bu barədə AzNews.az-a partiya sədrinin özü məlumat verib.

A.Əlizadə namizədliyini irəli sürdüyü 35 saylı Xətai üçüncü seçki dairəsindən qalib olacağına əmin olduğunu deyib: "Mən buna inanıram. Həm də ümidim böyükdür. Əgər deputat seçiləcəyimə inamım olmasaydım "Ümid" partiyasının sədri İqbal Ağazadəyə rəqib olmazdım. Eyni zamanda seçkiyə getməzdim".

Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsindən hazırda deputat İ.Ağazadədir. O da namizədliyini eyni dairədən irəli sürüb.

Xatırladaq ki, Yeni Azərbaycan Partiyasının 35 saylı Xətai üçüncü seçki dairəsindən namizədi isə Ağrılı Aliyə Reyman qızıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az