Universitet rektoru istefa verdi - Azərbaycanda

Bakı Avrasiya Universitetinin rektoru, fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynli bu gün rektor vəzifəsindən istefa verib. Buna səbəb N.Hüseynlinin Milli Məclisə V çağırış seçkilərində iştirakı göstərilib.
AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, məsələ ilə bağlı teleqraf.com-a açıqlama verən BAU-nun mətbuat və informasiya xidmətinin rəhbəri Şəfayət Əliyevin sözlərinə görə, N.Hüseynlini hazırda fizika-riyaziyyat elmləri namizədi, professor Məsim Məmmədov əvəz edir.

Onun sözlərinə görə, M.Məmmədov bundan əvvəl universitetdə prorektor vəzifəsində çalışıb.