Deputatlar Həccə getdiyindən parlament fəaliyyətini dayandırdı

Əfqanıstanın parlamenti öz işini dayandırıb. Buna səbəb 120-dən artıq deputatın və senatorun Həccə getməsidir. Ölkənin həcc və vəqf naziri Dailhaq Abidin bildirdiyinə görə, Səudiyyə Ərəbistandakı səfirliklə əlaqə saxlanılıb və diplomatik idarədən 100-dən artıq deputatın Məkkədə olduğunu təsdiqləyiblər.

Əfqanıstanın qanunvericiliyinə görə, deputatlar yalnız yay və qış tətilləri zamanı istirahət edə bilərlər. Buna görə də hazırda onların Həccə getmələri qeyri-qanuni sayılır. Parlamentin hər iki palatasında yetərsay olmadığı üçün qurum fəaliyyət göstərə bilmir.

Maraqlıdır ki, paytaxt Kabulda qalan deputatlar həmkarlarını qınayıblar və onların əmək haqlarından müəyyən miqdarın kəsiliməsini təklif ediblər. Daha bir maraqlı məqam ondadır ki, Kabuldakı parlamentarilər həmkarlarının heç də müqəddəs torpağı ziyarət etmək deyil, Məkkəyə gələn turistlərlə əylənmək üçün ora getdiklərini bildiriblər.

Ədil
AzNews.az