Erməni ekspert: ” Nazirlərin görüşü buzun sındırılması cəhdi olacaq”

"Oktyabrın 27-də Azərbaycan - Ermənistan xarici işlər nazirlərinin görüşü Səfərov hasidisəsi ilə əlaqədar yaranan buzun sındırılması cəhdi olacaq". Bunu Ermənistanın "Avropaya inteqrasiya" təşkilatının rəhbəri Karen Beqlaryan bildirib.
Ekspertin sözlərinə görə, görüş prezidentlər səviyyəsində keçiriləcək görüşə hazırlıq məqsədi daşıyacaq.

Beqlaryanın firkincə, görüşdə Ermənistanın mövqeyi sərt olacaq. Təşkilat rəhbəri həmçinin nazirlərin görüşündə Ermənistanın təmas xəttindən snayperlərin uzaqlaşdırılması məsələsini gündəmə gətirməsini vacib hesab edib.

Elnarə Əlosmanqızı
AzNews.az