Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları parlament seçkilərində aktiv iştirak edirlər. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları parlament seçkilərində aktiv iştirak edirlər.

Ən gənc məhbus seçicinin 20, ən yaşlısının isə 85 yaşı var

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 6 saylı cəzaçəkmə müəssisəsinin məhbusları parlament seçkilərində aktiv iştirak edirlər.

Bunu Məntəqə Seçki Komissiyasının sədri Əli Ələkbərov deyib.

Ə.Ələkbərov qeyd edib ki, ümumilikdə 1282 seçicinin səsvermədə iştirak etməsi gözlənilir: "6 saylı cəzaçəkmə müəssisəsində ən gənc seçicinin 20, ən yaşlı seçicinin isə 85 yaşı var. Məntəqədə səsvermənin gedişini bir müşahidəçi izləyir".

Məntəqə Seçki Komissiyasının sədri vurğulayıb ki, Ombudsman aparatının nümayəndələri, jurnalistlər seçkilərin gedişi ilə bağlı cəzaçəkmə müəssisəsində olublar.

Qeyd edək ki, Milli Məclisə seçkilərdə 767 namizəd iştirak edir. Seçkiləri 40 təşkilatdan 503 beynəlxalq və 66 mindən çox yerli müşahidəçi izləyir.

Seçkilərdə "ELS" Müstəqil Araşdırmalar Mərkəzi, "RƏY" Monitorinq Mərkəzi, o cümlədən Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiə Mərkəzi Fransanın "Opinion Way" Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın "AJF&Associates İnc." təşkilatı ilə birgə "exit poll" keçirir.

Seçkilərdə müşahidə üçün 119 seçki dairəsi üzrə 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb.