Azərbaycan Hökumətinin dəvəti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası parlament seçkilərini müşahidə edib. Azərbaycan Hökumətinin dəvəti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası parlament seçkilərini müşahidə edib.

Türkdilli dövlətlərin müşahidə missiyasından seçkilərlə bağlı - Açıqlama

Azərbaycan Hökumətinin dəvəti ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası parlament seçkilərini müşahidə edib.



AzNews.az xəbər verir ki, Türkşurası Katibliyi, Türk Akademiyası və Türk Şurasına üzv dövlətlərin daxil olduğu müşahidə missiyası 29 oktyabr tarixindən etibarən işinə başlayıb. Missiya iki hissəyə bölünərək bir qrup Bakıda, digər qrup isə Gəncədə seçkiləri müşahidə edib.

Ümumilikdə missiya Bakıda 18, Gəncədə 25 daxil olmaqla cəmi 43 məntəqəni müşahidə edib. Məntəqələri müşahidə etdiyi zaman missiya inzibati və hüquq mühafizə orqanları tərəfindən müdaxilə hallarına rast gəlməyib. Missiya seçki öncəsi kampaniya zamanı və seçki günü heç bir hüquq pozuntusu müşahidə etməyib.
Seçkiləri ədalətli və qərəzsiz müşahidə etmək üçün yerli və xarici müşahidəçilərə lazım olan hüquqi və təşkilati şərait yaradılıb. Azərbaycanın milli qanunvericiliyinə uyğun olaraq insanların azad iradəsi təmin olunub. Bəzi seçki məntəqələrində veb-kameralar quraşdırılıb, əlil insanlar üçün lazımi şərait yaradılıb.

Nəticə olaraq Türkdilli Əməkdaşlıq Şurasının müşahidə missiyası təsdiq edir ki, Azərbaycan Milli Məclisinə seçkilər açıq, şəffav və rəqabət güclü aparılıb. Azərbaycan milli qanunvericiliyinə və ümumqəbul olunmuş beynəlxalq seçki standartlarına uyğundur.