“Avropa Parlamenti və ya ATƏT-in Azərbaycanda keçirilən seçkiləri izləmək üçün müşahidəçiləri göndərməməklə səhvə yol verib”. “Avropa Parlamenti və ya ATƏT-in Azərbaycanda keçirilən seçkiləri izləmək üçün müşahidəçiləri göndərməməklə səhvə yol verib”.

“AP və ATƏT Azərbaycanla bağlı səhvə yol verdilər”

“Avropa Parlamenti və ya ATƏT-in Azərbaycanda keçirilən seçkiləri izləmək üçün müşahidəçiləri göndərməməklə səhvə yol verib”.


AzNews.az xəbər verir ki, bu Avropa Milli Parlamentlərinin üzvlərindən ibarət Seçki Monitorinq Qrupunun seçki ilə bağlı səsləndirdiyi bəyanatda qeyd olunub. Qrupun Avropa Seçki Müşahidə Akademiyasının üzvü, Fransa parlamentinin deputatı Tyerri Mariani bildirib ki, qrup Avropa Parlamenti və ya ATƏT parlament Assambleyası kimi beynəlxalq parlament təşkilatlarının Azərbaycanda seçkilərin müşahidəsi üçün rəsmi nümayəndə heyəti göndərməməsinə və ölkənin gələcək demokratik inkişafına və regionun sabitliyinə töhfə vermək kimi mükəmməl imkanı əldən verməsinə olduqca təssüflənir.

AzNews.az-ın məsələ ilə bağlı sualını cavablandıran Avstriya parlamentinin vitse-prezidenti Volfqanq Qrossruk (Seçkilərin müşahidə üzrə Avropa Akademiyası nümayəndə heyətinə daxildir) Azərbaycanda keçirilən seçkiləri müşahidə etmək üçün ATƏT Parlament Assambleyasına müşahidəçilər göndərmələri haqda təklif etdiklərini deyib: "Biz onlara təklif etsək də, onlar müxtəlif səbəblər gətirdilər. Bildirdilər ki, Azərbaycan hökuməti ilə müəyyən problemlər var. Həmçinin onlar əsas olaraq Türkiyədə keçiriləcək seçkilərə xeyli müşahidəçi göndərdikləri qeyd elədilər".

Qeyd edək ki, Avropa Parlamenti və ya ATƏT Parlament Assambleyası noyabrın 1-də Azərbaycanda keçirilən parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina ediblər.

Sevinc