Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan parlament seçkilərində rəqibi Tahir Süleymanovun ona geri çəkilməsi üçün 500 min manat pul təklif etdiyini iddia edib. Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə açıqlama verərək, E.Seyidcahanın iddiasını təsdiq etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə biləcəyini deyib. Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan parlament seçkilərində rəqibi Tahir Süleymanovun ona geri çəkilməsi üçün 500 min manat pul təklif etdiyini iddia edib. Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə açıqlama verərək, E.Seyidcahanın iddiasını təsdiq etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə biləcəyini deyib.

“500 minimiz olsa...” – Elzanın rəqiblərindən açıqlama

Xəbər verdiyimiz kimi, Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahan parlament seçkilərində rəqibi Tahir Süleymanovun ona geri çəkilməsi üçün 500 min manat pul təklif etdiyini iddia edib. Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə isə açıqlama verərək, E.Seyidcahanın iddiasını təsdiq etmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb edilə biləcəyini deyib.


Məsələ ilə bağlı YAP-ın Siyəzən rayon sədri Etibar Heydərovla əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında semki günü müşahidə etdikləri bəzi məqamları açıqlayıb: "Mən Tahir Süleymanovun rəsmi nümayəndəsiyəm. Bütün məntəqələrdə müşahidə aparmağa səlahiyyətim var. Nəinki kiməsə maneə olmaq, əksinə, biz Elza xanımın müşahidəçilərini nizam-intizama dəvət edirdik. 500 min manatımız olsa imkansızlara verərik. Bunu demək cinayətdir".

"Millət vəkili Tahir Süleymanov onun ünvanına işlətdiyi ifadələrə görə E.Seyidcahanı məhkəməyə verəcəkmi" sualına isə E.Heydərov belə aydınlıq gətirib: "Onda biz onun səviyyəsinə enmiş olarıq. O, hər yerdə "Mən YAP-ın əsgəriyəm" deyə haray çəkir. Necə əsgərdir ki, YAP üzvü qələbə çalır, amma Elza xanım onun əlini sıxıb, təbrik etmir. Ən yaxşısı odur ki, Elza xanım Tahir Süleymanovun əlini sıxıb təbrik etsin".

Qeyd edək ki, bəstəkar 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürüb. Lakin sözügedən dairədən YAP-ın namizədi Tahir Süleymanov millət vəkili seçilib.

Bahar RÜSTƏMLİ
AzNews.az