PA rəsmisi Fransadakı terrordan yazdı

“Hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır”.


AzNews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov rəsmi "Twitter" səhifəsində yazıb. Novruz Məmmədov amansız terror aktları nəticəsində Parisdə çoxsaylı insanın həlak olduğunu, bununla bağlı həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verdiyini qeyd edib: "Yaralananlara da şəfa diləyirəm. Terrorizm bu gün dünyanın bütün ölkələri üçün ən böyük təhlükələrdən biridir. Bu təhlükəni aradan qaldırmaq üçün bütün dövlətlər səylərini birləşdirməlidir. Heç olmasa, hər bir dövlət terrorizmlə mübarizədə digər maraqlarını kənara qoymalıdır. Heç olmasa, bu məsələdə bütün dövlətlər ədalətli olmalıdır".