Millət vəkili: “Müxalifət heç zaman xalqından dəstək ala bilməz”

"Bu, qanuna hörmətsizlikdir. Bunu AzNews.az-a YAP-çı deputat Aydın Mirzəzadə İctimai Palatanın keçirəcəyi aksiyaya münasibət bildirərkən deyib.

O qeyd edib ki, İctimai Palata adlanan müxalifət mərkəzi birinci dəfə deyil ki, Azərbaycan qanunlarına, konstitusiyasına hörmət etmədiklərini öz hərəkətləri ilə ortaya qoyurlar: "Belə bir cəhd olarsa, qanunla qarşısı alınacaq. Onlara ictimai dəstəyin olmadığını və bu gün Azərbaycan siyasətində heç bir rol oynamadıqlarını çoxdan başa düşüblər. Zorla ictimai fikirdə qalmağa çalışırlar. Müxalifət heç bir zaman Azərbaycan xalqından dəstək ala bilməz. Əminəm ki, onlar sosial bazalarını artıra bilməyəcəklər".

İlkin Pirəli
AzNews.az