Xəbər verdiyimiz kimi, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevin bu ilki seçkilərdə parlamentə seçildiyi dairənin nəticələri ləğv edilib. Xəbər verdiyimiz kimi, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevin bu ilki seçkilərdə parlamentə seçildiyi dairənin nəticələri ləğv edilib.

Əsədullayevdən seçki nəticələrinin ləğvi ilə bağlı - Açıqlama

Xəbər verdiyimiz kimi, IV çağırış Milli Məclisin deputatı Çingiz Əsədullayevin bu ilki seçkilərdə parlamentə seçildiyi dairənin nəticələri ləğv edilib.


Məsələ ilə bağlı Ç.Əsədullayevlə əlaqə saxladıq. O, AzNews.az-a açıqlamasında seçkilərin nəticəsinin ləğv olunmasından xəbərsiz olduğunu bildirdi: "Mən də sizin kimi mətbuatdan oxudum. Seçkilərin nəticəsinin nə üçün ləğv olunduğunu tam araşdırandan sonra Mərkəzi Seçki Komisiyasının qərarı ilə bağlı şikayət edib-etməyəcəyimə qərar verəcəyəm".

Ç.Əsədullayev adının sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov olayında hallanması ilə bağlı məsələyə də münasibət bildirib: "Mənim Eldar Mahmudovla heç bir bağlantım yoxdur. Mənim onunla nə işim ola bilər ki? O nazirdir, mənsə bankir və millət vəkili... Adımın onunla birlikdə hallanması o demək deyil ki, bu, həqiqətdir".

Məlumat üçün bildirək ki, mətbuatda Ç.Əsədullayevin E.Mahmudovun qohumu olduğu və sabiq nazirin qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevə dövlətin külli miqdarda vəsaitinin ölkədən çıxarılmasında yardım etdiyi ilə bağlı iddialar yer alıb.

Qeyd edək ki, Ç.Əsədullayev namizədliyini 90 saylı Ağdaş Seçki Dairəsindən verərək, lider olmuşdu.

Bahar RÜSTƏMLİ