Türkiyə avrozonaya alternativ zona yaradır

Türkiyə avrozonaya alternativ olan türk lirəsi (TL) zonası yaratmağı planlaşdırır. Trend-in çərşənbə günü "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan Almaniyaya rəsmi səfəri zamanı deyib.

Ərdoğanın sözlərinə görə, Avropa İttifaqının (Aİ) bir sıra ölkələri avrozonaya daxil olmayıblar, lakin həmin ölkələr bundan heç də ziyan görməyiblər.

"Böyük Britaniya avrozonaya daxil olmayıb, bununla belə, ölkənin iqtisadiyyatı olduqca sabitdir. Bizə məhz elə bunu etməyi Böyük Britaniya hökuməti məsləhət görür: avrozonaya daxil olmamaq və bununla yanaşı, TL zonası yaratmaq", - Ərdoğan qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə artıq bu məsələ barəsində xeyli müddətdir düşünürlər. Bununla belə, Baş nazir vurğulayıb ki, Aİ valyuta siyasətinə yenidən baxmalıdır.

AzNews.az