“Sərhədlərin bağlanmasında Ermənistan özü günahkardır“

Ermənistan sərhədlərinin bağlanmasında Yerevan özü günahkardır. Trend-in məlumatına görə, bunu azərbaycanlı politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıqov "Postsovet məkanında inteqrasiya proseslərinin perspektivləri" mövzusunda Moskva-Kiyev-Kişinyov-Bakı-Yerevan-Astana multimedialı videokörpünün gedişində deyib.

"Əgər ərazilər işğal edilməsəydi, məlum münaqişə və çoxlu sayda qaçqınlar olmasaydı, onda regionda münasibətlər 90-cı ilə qədər olduğu kimi formalaşardı", - Sadıqov bildirib. Qeyd edək ki, telekörpü zamanı MDB ölkələri İnstitutunun Ermənistan filialının direktoru, politoloq Aleksandr Markarov vurğulayıb ki, Ermənistan sərhədlərinin bağlanması MDB-yə inteqrasiyaya maneədir.

AzNews.az