Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib. Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib.

Nazir müavininin adı Çovdarovun - İstintaqında

Azərbaycan səhiyyə nazirinin müavini Elsevər Ağayev Baş Prokurorluqda Mahmudov-Çovdarov kriminal bandasının işi üzrə dindirilib.


AzNews.az xəbər verir ki, bu barədə virtualaz.org məlumat yayıb. Sayt yazır ki, nazir müavininin dindirilməsinə səbəb Apteklər idarəsinin sabiq rəisi Adil Məmmədovun Baş Prokurorluğa şikayət ərizəsi yazması olub.

Generalı Akif Çovdarov hələ 2006-cı ildə Adil Məmmədovu yanına çağıraraq gələcəkdə öz vəzifəsində qalmaq üçün ondan "MTN-in ümumi kassasına" hər il 1 milyon dollar pul köçürməsini tələb edib.

A.Çovdarovla görüşdən dərhal sonra A.Məmmədov birbaşa kuratoru olan nazir müavini ElsevərAğayevə zəng edib və ondan nə etməli olduğu haqda məsləhət istəyib.

A.Məmmədov ərizəsində göstərib ki, E.Ağayev onun sualına sualla cavab verib:

"Sən Akif Çovdarov pul tələb edəndə nə etmək lazım olduğunu bilmirsən?".

Amma A.Məmmədov tələb olunan pulu verməkdən imtina edib və təxminən bir həftə sonra tutduğu vəzifədən uzaqlaşdırılıb.

Məlumatda o da bildirilir ki, A.Məmmədovun şikayəti üzrə Səhiyyə Nazirliyinin digər məsul şəxsləri də dindiriliblər.

İstintaq aparılır.