Sabir Rüstəmxanlı: “Onlar vergiyə cəlb olunmalıdır”

"Vilayət Eyvazovun verdiyi hesabatı normal hesab edirəm. Azərbaycanda insan alverinə qarşı mübarizə üzrə işlər aparılır. Bu, danılmaz faktdır, amma düşünürəm hələ problemlər kifayət qədərdir".

Bu sözləri çıxışında xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı deyib. O qeyd edib ki, İnsan alveri elə məsələdir ki, bununla yalnız hüquq mühafizə orqanları məşğul olmalıdır: "Bizi narahat edən məsələlər var. Hələ də Azərbaycanda başqa ölkələrin nümayəndələri qeydiyyatsız yaşayırlar.

Sahibkarlar da işin ucuz başa gəlməsi üçün onları işə dəvət edirlər. Ölkəyə işləmək üçün gələnlərin sayına nəzarət edilməlidir. Onlar həmçinin, vergiyə cəlb olunmalıdır. Quldarlıq dövründən qalan insan əməyinin istismarı aradan qaldırılmalıdır. Hesab edirəm ki, zaman-zaman bütün bunlar həyata keçiriləcək"

İlkin Pirəli
AzNews.az