Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub. Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

39 yaşlı yeni nazir kimdir? – Tərcümeyi-hal

Bu gün prezident İlham Əliyevin sərəncamı ilə Ramin Quluzadə rabitə və yüksək texnologiyalar naziri təyin olunub.

AzNews.az yeni nazirin tərcümeyi-halını təqdim edir.

Rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə 1977-ci ildə Bakı şəhərində
anadan olub.

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetini magistr dərəcəsi ilə bitirib. Nazir Ramin Quluzadə Heydər Əliyev Fondunda İşlər departmentinin direktoru vəzifəsində çalışıb.

2004-cü ildən Fondda fəaliyyət göstərən Ramin Quluzadə bu qurumun təşkilati işlərində, respublika daxilində və xarici ölkələrdə sosial, humanitar layihələrin həyata keçirilməsində iştirak edib.

Ramin Quluzadə Azərbaycan Prezidentinin 2014-cü ildə imzaladığı Sərəncama əsasən Heydər Əliyev irsinin qorunması və təbliğində səmərəli fəaliyyətinə görə "Tərəqqi" medalı ilə təltif edilib.

2015-ci ildə Ramin Quluzadə prezident İlham Əliyevin sərəncamı ilə rabitə və yüksək texnologiyalar nazirinin birinci müavini təyin olunub.

Ailəlidir, 2 övladı var.