Əlövsət Əliyev Almaniyada mühacirlərə qarşı antitəbliğat kampaniyası aparıldığını düşünür Əlövsət Əliyev Almaniyada mühacirlərə qarşı antitəbliğat kampaniyası aparıldığını düşünür

“Olmayan cinayətləri də müsəlmanların adına yazırlar” - Əlövsət Əliyev

Əlövsət Əliyev Almaniyada mühacirlərə qarşı antitəbliğat kampaniyası aparıldığını düşünür


"Bu, siyasi aksiyadır və Merkelə qarşı yönəlib"

"Avropada rusdilli KİV- lərin məqsədlərindən biri də müsəlman-xristian qarşıdurmasının yaranmasına nail olmaqdır. Avropanın rusdilli mətbuatında və rus mətbuatında bu tipli qeyri-dəqiq məlumatlar əvvəllər daha çox Türkiyənin və türklərin əleyhinə yazılırdı. Son bir ildə isə Avropanın rusdilli mətbuatı və ruslar təkcə türklərin deyil, bütün müsəlmanların Avropaya təhlükə olmasını sübut etməyə çalışırlar. Bu tipli qeyri dəqiq məlumatların Azərbaycan KİV-lərində yer almasının tərəfdarı deyiləm". Bunu hazırda Almaniyada mühacir həyatı yaşayan Miqrantlara Hüquqi Yardım Mərkəzinin rəhbəri Əlövsət Əliyev deyir.

AzNews.az xəbər verir ki, Musavat.com-a açıqlamasında Ə.Əliyev bildirib ki, iki ildir Avropada dərc olunan mətbuatı hər gün oxuyur. Onun sözlərinə görə, ruslar müsəlmanların sayının artmasını gələcəkdə xristianlığın zəifləməsi kimi qiymətləndirir və bunu faciə hesab edir: "Əvvəlcə yazırdılar ki, Almaniyada doğulan hər 10 uşaqdan birinin türk olmaq kimi təhlükəsi var. İndi də müsəlmanların əleyhiə daha kəskin yazırlar. Ve olmayan cinayətləri də müsəlanların adına yazırlar".

Müsahibimiz bu günlərdə Berlində 3 nəfər miqrantın rusdilli ailədən olan qızı zorlaması ilə bağlı yayılan xəbərə də münasibət bildirib. Xatırladaq ki, xəbərlərdə rusiyalı almanların ailəsindən olan 13 yaşlı qız yanvarın 11-də məktəbə gedərkən yoxa çıxması barədə yazılmışdı. Qızın xalası bildirmişdi ki, Yaxın Şərqdən olan bir nəfər onun bacısı qızına yaxınlaşaraq məktəbə qədər aparmağı təklif edib. Gənc qız avtomobilə oturanda kişinin tək olmadığını görüb.

"Uşaq danşıb ki, mənzildə yalnız çarpayı və döşəmənin üstündə bir döşək var idi. Mənzildə başqa heç nə yox idi. Onlar qızı çarpayının üstünə yıxaraq, növbə ilə öz işlərini görüblər. Üç nəfə idilər. Gəlmələrə oxşayırdılar", - zərərçəkmiş şəxsin qohumu bildirib.

Ə.Əliyev isə bu xəbərin həqiqətdən uzaq olduğunu düşünür. Onun sözlərinə görə, 13 yaşlı qızı alman dilini bilməyən ərəb aldadaraq başqa ünvana apara bilməz: "Həm də 13 yaşlı alman qızının zorlanmasına alman polisi necə cinayət işi açmaya bilər? Rusiya TV -si iddia edir ki, naməlum islam mənşəli 3 kişi naməlum ünvanda 13 yaşlı qızı zorlayb, alman polisi də araşdırmaqdan imtina edib. Yəni, bu fikrin özü hər şeyi təsdiq edir. Və Rusiyanın bu siyasətinə cavab vermək gücündə olan normal türl və ya müsəlman icması mövcud deyil".

Ə.Əliyev hesab edir ki, dünyanın hər yerində qadınlara qarşı zorakılıq cinayətləri baş verir və bu, Almaniyada da mümkündür: "Lakin o qadına qarşı törədilən cinayət həmin xanımın xristian olmasına görə deyil. Eyni zamanda Almaniya mətbuatının məsələni gündəmdə saxlaması Merkelə qarşı aparılan siyasətlə bağlıdır daha çox. Cünki miqrantlarin Almaniyaya bu qədər çox sayda qəbul olunması onun təklif və təkidi ilə oldu".

Müsahibimiz dedi ki, əgər miqrant hansısa qadına qarşı zorakılıq əməli edibsə, bunu da miqrant yox, insan olduğu üçün edib. Ə.Əliyev bununla bağlı maraqlı bir paralel də apardı: "Bakıya 90-larda işğal ərazilərdən gələnlər qoyunlarını da, kəndlərinin həyat tərzini də gətirmişdilər. Siz təsəvvür edirsiniz Kölndə nə qədər polis var? Onların müdaxilə etməməməsi, bu arada 200 qadına qarşı zorakılığın olması mümkün deyil. Yəni, bu, həqiqətən də daha çox siyasi aksiyadır. Merkelin siyasi imicinə yönəlmiş siyasi aksiya. Təbii ki, mən belə görürəm. Siz fikrinizdə qala bilərsiz".