Rusiya bu ölkədəki hərbi bazasından geri çəkilir

Rusiya Suriyanın Haseke əyalətinin Qamışlı rayonundakı hərbi bazasından şəxsi heyəti və texnikasını çıxarmağa başlayıb.

AA müxbirinin Suriya hərbi mənbələrindən bölgədəki məlumatlarına görə, hərbi personal və müxtəlif avadanlıqlar Rusiya hərbi yük təyyarələri ilə Qamışlıdakı bazadan təxliyə edilib. Məlumata görə, yük Latakiya əyalətindəki Hmeymim hava bazasına göndərilib.

Suriya hərbi mənbələri geri çəkilmənin əhatə dairəsi və müddəti ilə bağlı ətraflı məlumat paylaşmasa da, Qamışlıdakı hərbi mövcudluğun əhəmiyyətli dərəcədə azaldıldığını qeyd ediblər.

Mövsüm,

AzNews.az