Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb

Kənd təsərrüfatı nazirinin müavinlərinin sayı artırılıb.

Aznews.az xəbər verir ki, Prezident İlham Əliyevin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə”yə dəyişiklik edilib.

İndiyə qədər kənd təsərrüfatı nazirinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin edilən və vəzifədən azad edilən üç müavini olub. Fərmana əsasən, kənd təsərrüfatı nazirinin artıq 4 müavini olacaq.

Aznews.az