İran prezidenti Həsən Ruhani gələn həftə İtaliya və Fransaya səfər edəcək. İran prezidenti Həsən Ruhani gələn həftə İtaliya və Fransaya səfər edəcək.

Ruhani Avropaya gedir – Sanksiyalardan sonra ilk dəfə

İran prezidenti Həsən Ruhani gələn həftə İtaliya və Fransaya səfər edəcək.


Məlumata əsasən bu, Ruhaninin Qərbin sanksiyalarının ləğvindən sonra Avropya ilk səfəri olacaq.

Xatırladaq ki, yanvar ayının 16-da İran uzun illərdir ki, tətbiq edilən beynəlxalq sanksiyalardan azad olub. Bunu rəsmi olaraq ABŞ-ın dövlət katibi Con Kerri elan edib. Sanksiyaların ləğvini Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) təsdiq edib. Bununla da rəsmi Tehran nüvə razılaşmasında üzərinə götürdüyü bütün razılaşmaları yerinə yetirib.

Razılaşma İranla Altılıq ölkələri arasında 14 iyulda əldə olunub. İran və dünyanın altı dövləti - ABŞ, Britaniya, Fransa, Çin və Rusiya, eləcə də Almaniya arasında danışıqlar 2006-cı ildə başlayıb. ABŞ konqresi bu razılaşmaya qarşı çıxsada prezident Barak Obama razılaşmanın lehinə addımlar atdı. Nəticədə isə İranla 30 ildən çox davam edən soyuq münasibətlər istiləşməyə başlayıb.

Azvision.az