- Köhnə - Siyasət
- 21 Yanvar 2016 21:18
- 3 122
Nəcməddin Sadıkov NATO danışıqlarında iştirak edib

Bu gun Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Brüssel şəhərindəki mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşündə iştirak edib.
AzNews.az Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Baş Qərargah rəisi səfər zamanı NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavellə, o cümlədən Gürcüstan, Ukrayna və Xorvatiyanın Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.