Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb. Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.

Aztəminatlı ailələrin sosial müdafiəsi üçün - 20 milyon ayrıldı

Azərbaycan Prezidenti İlham Əliyev ünvanlı dövlət sosial yardımına ehtiyacı olan aztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncam imzalayıb.


AzNews.az xəbər verir ki, sərəncamda qeyd olunur:

Ünvanlı dövlət sosial yardımına ehtiyacı olanaztəminatlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ünvanlı dövlət sosial yardımının maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulan məbləğin artırılması məqsədilə cari ilin dövlət büdcəsində Azərbaycan Prezidentinin ehtiyat fondundan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 20 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.