Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi Herbert Zalber Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb. Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi Herbert Zalber Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.

​Aİ-nın təmsilçisi Qarabağ məsələsini müzakirə etdi - Yerevanda

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi təmsilçisi Herbert Zalber Yerevanda Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla görüşüb.


AzNews.az Report-a istinadən xəbər verir ki, bu haqda ölkə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, erməni nazir avropalı təmsilçiyə ötən ilin dekabrında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sarqsyan arasında Vyanada keçirilən görüş haqda məlumat verib.

Herbert Zalber bildirib ki, Avropa İttifaqı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupu həmsədrlərinin səylərini dəstəkləyir.
Görüşdə tərəflər Cənub Qafqazda və ona yaxın bölgələrdəki proseslərə də toxunublar.