Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb. Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Prezident Qanuna dəyişiklik etdi - Milli Qəhrəman nişanı qızıldan olacaq

Prezident İlham Əliyev “Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 18 dekabr tarixli 65-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.


AzNews.az AzərTAc-a istinadən xəbər verir ki, aşağıdakı dəyişikliklər edilib:

1. Həmin Qanunla təsdiq edilmiş "Qızıl Ulduz" medalının təsviri"ndə:

1.1. ikinci hissənin ikinci cümləsində "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin;

1.2. üçüncü hissədə:

1.2.1. birinci cümlədə "ilgək və halqa vasitəsilə ölçüsü 27 mm x 20 mm" sözləri "ilgək, halqa və 40 mm enində üçkünc element vasitəsilə ölçüsü 37 mm x 50 mm" sözləri ilə əvəz edilsin, "beşkünc" sözü çıxarılsın;

1.2.2. ikinci cümlədə "qızıl suyuna çəkilmiş" sözləri "qızıldan" sözü ilə əvəz edilsin;

1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Medala paltara bərkidilmək üçün elementi olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən, ölçüsü 37 mm x 10 mm olan qəlib əlavə olunur. Qəlibin üzərində 5 mm ölçüdə, qızılı rəngli ay və ulduz təsvir olunmuş dairəvi element vardır.".

2. Həmin Qanunla təsdiq edilmiş Azərbaycanın Milli Qəhrəmanının "Qızıl Ulduz" medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.