Son zamanlar Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birləşdirilməsi haqqında məlumatlar yayılıb. Son zamanlar Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birləşdirilməsi haqqında məlumatlar yayılıb.

Azərbaycanda ləğvi təklif olunan qurumlar

Son zamanlar Təhsil Nazirliyi ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) birləşdirilməsi haqqında məlumatlar yayılıb.


Adı çəkilən qurumlar birləşdirilərsə, onların bazasında bazasında Elm və Təhsil Nazirliyi yaradılacaq. Yerli saytların yazdıqlarına görə, Təhsil Nazirliyi ilə TQDK eyni fəaliyyət üzrə iş apardıqları üçün onların birləşməsini istəyən tərəflər də var. Hətta, deyilənlərə əsasən, təhsil naziri Mikayıl Cabbarov bu layihənin həyata keçməsinə təkid edir.

Məsələni dəqiqləşdirməkdən ötrü Təhsil Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov bu barədə heç bir məlumatı olmadığını dedi. Eyni fikirləri bizə TQDK-dan da bildirdilər. Həmin qurum işçisi bu barədə xəbərləri sadəcə saytlardan oxuduğunu və ona da bu barədə əlavə hansısa məlumatın verilmədiyini qeyd etdi.



Təhsil üzrə ekspert Kamran Əsədov Təhsil Nazirliyi ilə TQDK-nın birləşdirilməsi fikrinin doğru olmadığını deyir: "Bunu deyən məmurlar başa düşmürlər ki, TQDK-nın funksiya və səlahiyyətləri ilə Təhsil Nazirliyinin funksiya və səlahiyyətləri eyni deyil. Biri imtahanların keçirilməsi, biliyin qiymətləndirilməsi və qəbulun aparılması, digəri isə təlim, tədris prosesini təşkil edir. Maliyyə dərəcəsinin azaldılması baxımından bu qurumları birləşdirib, işçiləri ixtisara salmaq düzgün deyil, onsuz da ixtisara düşmüş işçilər dövlət qulluqçuları olduqları üçün onlar maaş alacaqlar. Amma digər baxımdan gəlirləri azaltmaq olar. Məsələn, hər il kitab dərc eləməyin nə anlamı var ki?!".


Dövlətin neftdən gələn gəlirləri aşağı düşdüyü üçün bir neçə eyni istiqamətli qurumların birləşdirilməsi, əslində, məqsədəuyğun addımdır. Bu məsələyə hətta prezident ilham Əliyev də toxunub. Belə ki, nazirlər Kabinetinin iclasında çıxışında dövlət başçısı deyib ki, dövlət orqanlarının strukturu elə olmalı və imkan verməlidir ki, bu orqanlar operativ, çevik siyasət aparsınlar, siyasətin çox böyük səmərəsi olsun. "Ona görə bir-birini təkrarlayan, yaxud da ki, o qədər də lazım olmayan dövlət qurumları ya birləşdirilir, ya da ki, ləğv edilir".

Bununla bağlı artıq ölkə başçısı tərəfindən ilk addım da atılıb. Yanvarın 15-də İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb.
Birləşən iki qurumun əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar İdarəsi yaradılıb. Bundan əlavə Satınalmalar üzrə Dövlət Agentliyinin ləğv edilməsi haqqında fərman imzalayıb.

Bundan sonra eyni fəaliyyət istiqamətində işləyən bir neçə qurum var ki, onların da birləşdirilməsi Azərbaycanda xərclərin azaldılmasına səbəb ola bilər.

Bunu millət vəkili Zahid Oruc da təsdiqləyir. Onun sözlərinə görə, Azərbaycanda, nəinki, bəzi qurumlar birləşdirilməli, eyni zamanda bəzilərinin səlahiyyətləri məhdudlaşdırılmalı və ya tamamilə ləğv olunmalıdır. "Bizdə isə çoxlu şişmiş aparatlar, bir-birinin funksiyalarını əldə etmək üçün mübarizə aparan qurumlar mövcuddur". Deputatın sözlərinə görə, birləşdirilməli olan qurumlar bunlardır:



Dövlət məmuru düşünür ki, nazirliklər və digər qurumları ancaq paytaxtda fəaliyyət göstərməməlidir. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin rayonlarda olmağı və orada fəaliyyət göstərməsi daha düzgün olar. "Bundan başqa, kəndlərdə tibb məntəqələri, bağçalar dövlət hesabına deyil, özəl şəkildə tikilsə və fəaliyyət göstərsə, bu, həm rəbaqəti artırar, həm də xərclənən pula görə, məsuliyyət də çox olar".


Dünya ölkələrinin bir çoxunda bu təcrübə illər öncədən tədbiq edilir. Onlar əhalinin hər min nəfərinə düşən məmur sayının kvotasını müəyyən ediblər. Artıq müəyyən edilib ki, hansı sayda və funksiyalara malik olan məmurlar xidmət etməlidir. Məsələn, Böyük Britaniyanın ucqar kəndlərində baxça, tibb müəssisəsi kimi müəssisələr özəldir.

Bəzi qurumların ləğvi və ya birləşdirilməsinin, eləcə də idarələrin Bakıdan kənara çıxarılmasının iqtisadi əhəmiyyəti danılmazdır. Bu zaman həm dövlət büdcəsindən pul azalmır, həm də açılan yeni müəssilərə kənd və rayonlarda yaşayan əhalini işçi kimi cəlb edə bilər. Bu həm də paytaxtda əhalinin axının qarşısını alıb, kənd təsərrüfatı kimi önəmli bir sahənin inkişafına güclü təkan ola bilər.

Anspress.com