Tərtərdə ağır qəza baş verib. Tərtərdə ağır qəza baş verib.
  • Toplum
  • 18 Oktyabr 2018 19:13
  •  1 305

"VAZ" yük maşınının altında qaldı - Ölən var

Tərtərdə ağır qəza baş verib.

Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudov yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

DİN-dən verilən məlumata görə, oktyabrın 17-də saat 13 radələrində Tərtər rayonunun İrəvanlı kənd sakini Elcan Mahmudovun idarə etdiyi “VAZ-21154” və Mingəçevir şəhər sakini Sübhi Abbasovun idarə etdiyi “Hyundai” markalı yük avtomobili toqquşub. Nəticədə xəstəxanaya yerləşdirilmiş E.Mahmudov orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AzNews.az