Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb. Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.
  • Toplum
  • 18 Oktyabr 2018 20:04
  •  2 014

Maşınla azyaşlının ayağının üstündən keçib qaçdı

Abşeron rayonunda şirkət əməkdaşı azyaşlını avtomobillə vurub qaçıb.

Hadisə Xırdalan qəsəbəsində baş verib.

Xırdalan şəhər sakini Salayev Aslan Ədalət oğlu "Carlsberg-Azerbaijan" şirkətinə məxsus idarə etdiyi "Seat İbiza" markalı avtomobillə 2011-ci il təvəllüdlü Məmmədzadə Əlixan Zaur oğlunu vurub.

Avtomobil azyaşlının ayağının üstündən keçib və sürücü hadisə yerindən qaçıb.

Xəsarət alan azyaşlı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.1-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264-cü (Yol nəqliyyatı hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.(trend.az)

AzNews.az