Badamdar – 20-ci sahədə vəziyyət stabil olaraq qalır. Badamdar – 20-ci sahədə vəziyyət stabil olaraq qalır.
  • Toplum
  • 20 Oktyabr 2018 12:50
  •  1 778

Sürüşmə zonasında gərginlik qalmaqdadır – Qərargah

Badamdar – 20-ci sahədə vəziyyət stabil olaraq qalır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan AzNews.az-a verilən məlumata görə, sürüşmə zonasında saat 12:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Sürüşmə kütləsi üzərində kiçik tipli uçqunlar və süxur kütlələrinin yamac boyu axıntıları müşahidə edilib.

Sürüşmənin sağ və sol hissəsində yeni yaranmış çatların ölçülərində artım qeydə alınmayıb. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda dəyişiklik müşahidə olunmayıb.

Qeyd edək ki, bir neçə gün öncə Badamdarda sürüşmə baş verib.

Səidə Nurməmmədli,

AzNews.az