Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb. Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.
  • Toplum
  • 20 Oktyabr 2018 15:30
  •  1 629

Gənc qadın küçədə keçindi

Balakən rayonunda 26 yaşlı qadın küçədə qəfildən ölüb.

Hadisə bu gün günorta saatlarında Balakən Rayon Mərkəzi Xəstəxanasının qarşısındakı dayanacaqda baş verib.

Belə ki, rayonun Mahmalar kənd sakini, 1992-ci il təvəllüdlü Aygün İlqar qızı Şibliyeva dayanacaqda marşut gözləyən zaman qəfildən halı pisləşərək yıxılıb.

Hadisə yerində olan sakinlər dərhal ona kömək etməyə və yerdən qaldırmağa çalışıblar. Lakin A.Şibliyeva orada ölüb.

Gənc qadının ölüm səbəbini dəqiqləşdirmək üçün meyit Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Balakən rayon şöbəsinə təhvil verilib.

Qeyd edək ki A.Şibliyeva Baləkən Rayon Mərkəzi Xəstəxanasının işçisi olub.

Hadisə A.Şibliyeva işdə çıxıb evinə gedərkən baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb.(report.az)

AzNews.az