ETSN tərəfindən yaradılan Qərargah son vəziyyətlə bağlı məlumat yayıb. ETSN tərəfindən yaradılan Qərargah son vəziyyətlə bağlı məlumat yayıb.
  • Toplum
  • 20 Oktyabr 2018 18:18
  •  1 562

Badamdardakı sürüşmə zonasından son məlumat

ETSN tərəfindən yaradılan Qərargah son vəziyyətlə bağlı məlumat yayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargah Badamdar qəsəbəsində sürüşmə sahəsindəki son vəziyyətlə bağlı məlumat yayıb.

Qərargahdan verilən məlumata görə, sürüşmə zonasında saat 18:00-a olan monitorinqlərin nəticəsinə əsasən ərazidə aktivlik davam etməkdədir.

Sürüşmə kütləsi üzərində kütlənin xırda hissəciklərinin uçqun tipli hərəkəti qeydə alınıb və sürüşmənin üst hissəsində uçqunlar baş verib. Sürüşmənin sol qanadında əmələ gəlmiş çatların ölçüləri genişlənib. Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik baş verməyib.

AzNews.az