• Toplum
  • 2 Noyabr 2018 14:32
  •  1 165

8 uşaqlı ailə küçədə qalıb – ana 37, ata 71 yaşında

Uşaqlar və ana kişidən ayrı qalmaq istəmir

Azərbaycanda 8 azyaşlı övlada sahib ailə qalmağa yer tapmır.

Bu barədə AzNews.az-a Azərbaycan “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib. O qeyd edib ki, çoxuşaqlı ailə sığınacağa noyabrın 1-i-də gətirilib.

“Ailə küçədə qalıb. Onları sığınacağa hüquq- mühafizə orqanları əməkdaşları gətirib. Ananın 37, ərinin isə 71 yaşı var. 8 uşaq anasıdır. Kiçik uşağı 1 yaşındadır. Kişinin dediyinə görə, bu, onun ikinci ailəsidir. Birinci ailəsindən 3 uşağı olub. Kişi deyir ki, birinci həyat yoldaşı onu məhkəməyə verib, ata yurduna sahib çıxmaq istəyir. Bu səbəbdən də qadın 8 uşaq anasını məhəllədən çıxardıb. Uşaqlar və ana kişidən ayrı qalmaq istəmir. Sığınacaqda isə kişinin qalmasına icazə verilmir. Odur ki, ailə sığınacaqdan getdi”, - deyə birlik sədri bildirib.

Bahar RÜSTƏMLİ

AzNews.az